01.02.2018

“Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində görülmüş işlərə dair birinci yarımilin yekun iclası keçirildi

       30 Yanvar 2018 ci il tarixdə Siyəzən Rayon Təhsil Şöbəsində şura üzvləri və məktəb rəhbərlərinin iştirakı ilə "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində görülmüş işlərə dair birinci yarımilin yekun iclası keçirildi.

     İclasda "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində Rayon Təhsil Şöbəsi və rayon ümumtəhsil məktəblərində görülmüş işlər, il boyu davam edəcək tədbirlərin gedişatı və qarşıda duran vəzifələr barədə danışıldi.

    Çıxış edən Rayon Təhsil Şöbəsinin Metodkabinet müdiri Cəfər Bağırov 2017-2018-ci tədris ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsinin rayon təhsil işçiləri qarşısına böyük öhdəliklər qoyduğunu və İl çərçivəsində tələb olunan tapşırıqların bütün rayon təhsil ictimaiyyəti tərəfindən layiqincə yerinə yetiriləcəyinə inandığını bildirib.

     Sonda RTŞ-nin müdir əvəzi V. Məmmədov şuraya yekun vuraraq rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlərin tədrisi vəziyyəti, aparılan sınaq yoxlamalarının nəticələri, istedadlı və qabiliyyətli şagirdlərlə aparılan işin təşkili vəziyyəti, dərslik və metodik vəsaitlərlə təminat, dərsə davamiyyətin vəziyyəti haqqında və s. məsələlərlə bağlı sahələrə toxunulub, əməli tədbirlər həyata keçirmək üçün məktəb rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib.


Açar sözlər: ,