06.02.2018

Fənn olimpiadalarının birinci-rayon mərhələsi kecirildi

    Fevralın 4-də ölkəmizin hər yerində olduğu kimi Siyəzən rayonunda da Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirildi. Rayon mərhələsi şəhər Ş.İsmayılov adına 3 saylıi tam orta məktəbdə saat 10:00-dan 13:00-dək davam etdi.

     Siyəzən rayonu üzrə fənn olimpiadasında ümumilikdə i 192 nəfər şagird iştirak etdi. Təlimata uyğun olaraq şagirdlərə sualları cavablandırmaq üçün texniki fənlər üzrə 180 dəqiqə, humanitar fənlər üzrə isə 90 dəqiqə vaxt verilib.

    Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.     Olimpiada uğurla başa çatdi.


Açar sözlər: ,