20.02.2018

Şeir müsabiqəsi keçirilib

    Fevralın 20-də “Cabir Novruz”Mədəniyyət Fondu və Siyəzən rayonu Cəfər Cabbarlı adına 1 saylı təşkilatçılığı ilə rayon məktəbləri arasında xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin,insanlar əldən tutmağa” adlı bədii qiraət şeir müsabiqəsinin final mərhələsi keçirilib.

     Məktəbdə keçirilən tədbiri Siyəzən rayon 1 saylı tam orta məktəbin direktoru,  şair “Cabir Novruz” Mədəniyyət Fondunun vitse prezidenti Nəcməddin Mürvətov gələn qonaqları salamlayaraq sözü “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanova verdi. Fondun prezidenti çıxış edərək Cabir Novruz şeirlərindən ibarət belə bir tədbirin hazırlanmasında əməyi olanlara öz minnətdarlığını bildirdi. Bədii qiraət şeir müsabiqəsinin münsifləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “ İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri professor, AMİNA-nın prezidenti Xanlar Qurbanov, əməkdar jurnalist Qafar Əsgərzadən, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Azərbaycan jurnalistlər birliyinin üzvü, fondun mətbuat katibi Elşad Qasımov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Fondun təsisçisi Müşfiq Cabiroğlu çıxiş edərək şagirdlərə uğurlar dilədi . Şagirdlər xalq şairi Cabir Novruzun şeirlərindən seçmələr ifa etdilər.

     Tədbirin sonunda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

     Tədbir boyu gənc və istedadlı müğənni Çinarə Məlikzadənin ifasında Cabir Novruzun sözlərinə yazılmış mahnılar səsləndi


Açar sözlər: ,  ,