21.02.2018

Beynəlxalq Ana Dili Günü

    Fevralın 21-də Siyəzən rayon Böyük Həmyə kənd tam orta məktəbində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilim” adlı ədəbi–bədii kompozisiya keçirilib.

    Tədbirdə təhsil şöbəsinin əməkdaşları ,məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Dövlət himnin səslənməsi ilə açıq elan olunub.

    Giriş sözü ilə çıxış edən məktəbin direktor müavini Güləliyeva Səbinə fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, dövlət dili səviyyəsinə qaldırılması, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

     Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlər hazırladıqları səhnəcikləri nümayiş etdirib, ana dilinə aid şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,