23.02.2018

Rəsm müsabiqəsi başa çatıb

    Rayon ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda Siyəzən rayon Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsi tərəfindən 6 fevral 2018-ci il tarixdə elan edilmiş rəsm müsabiqəsi başa çatıb.

    Fevralın 23-də Gənclər Mərkəzində müsabiqəyə təqdim olunan rəsmlərdən ibarət sərgi təşkil edilib. Sərgidə rayonun 15 ümumtəhsil məktəbi və rəsm dərnəyindən faciəni əks etdirən 60-dan çox əl işi nümayiş olunub. Tədbir iştirakçıları əvvəlcə sərgidə toplanan əl işləri ilə yaxından tanış olublar. Daha sonra onlara 26 Fevral Xocalı faciəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Xocalı soqyırımına həsr edilən müsabiqədə yeniyetmə və gənclərimizin fəallıq nümayiş etdirməsi vətənpərvər ruhlu gənc nəslin yetişdiyini göstərir.

    Sonda seçilmiş əsərlərin müəlliflərinə idarə tərəfindən fəxri fərmanlar təqdim olunub. Müsabiqənin nəticəsinə əsasən Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac I, Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdi Bəylərova Sevinc II, Gilgilçay qəsəbə tam orta məktəbin və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Əliyeva Pərvanə və Musazadə Zərnişan III yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Soltanov Sənan, şəhər 3 saylı tam orta məktəbin şagirdi Qəniyev Səlim, Ümumorta İnternat Məktəbinin şagirdi Ağasıyeva İlahə, Zarat kənd tam orta məktəbin şagirdi Rüstəmova Amanə, Uşaq İncəsənət Məktəbinin şagirdi Hüseynov Səyyad və Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdi Zeynalova Ləman isə həvəsləndirici yerlərə layiq görülüblər.


Açar sözlər: ,  ,