28.04.2018

Dama üzrə rayon birinciliyi başa çatıb

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə yeniyetmə oğlanlar və qızlar arasında dama üzrə rayon birinciliyi başa çatıb.

    Rayon Təhsil ŞöbəsI , Gənclər və İdman idarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon komitəsi tərəfindən 26-27 aprel 2018-ci il tarixlərdə Gənclər Mərkəzində təşkil edilən yarışda 50 yeniyetmə iştirak edib. Final oyunlarının nəticəsinə əsasən oğlanlar arasında şəhər 4 saylı tam orta məktəbin şagirdi Cəfərov Anar I, şəhər 6 saylı məktəb-liseyin şagirdi Əkbərli Tehran II, şəhər 2 saylı tam orta məktəbin şagirdi Əsgərov Əliyusif III olub. Qızlar arasında isə şəhər 2 saylı tam orta məktəbin şagirdi Rzayeva Şəms I, şəhər 4 saylı tam orta məktəbin şagirdi Baxşıyeva Fatimə II, şəhər 3 saylı tam orta məktəbin şagirdi Bayramova Rüxsarə III yeri tutublar.

    Hər üç yerin sahiblərinə təşkilatçılar tərəfindən fəxri fərman və qiymətlər hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,