11.05.2018

“Riyaziyyat elmlərin şahıdır” adlı bədii gecə keçirilib

    11 may 2018-ci il tarixində Siyəzən şəhər M.Müşfiq adina 2 saylı tam orta məktəbdə “Riyaziyyat elmlərin şahıdır” adlı bədii gecə keçirilib.

    Tədbirdə Təhsil Şöbəsini əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

    Giriş sözü ilə çıxış edən məktəbin direktoru Rəşad Rəhmanov gələn qonaqları salamlayaraq, məktəbin uğurlarından bəhs edib.O,Ulu öndərin təhsilə verdiyi  diqqət və qayğı , məktəbin uğurları haqqında danışdı

     Daha sonra şagirdlər riyaziyyat fənni haqqında hazırladıqları marifləndirici  səhnəcikləri nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.

    Tədbirin sonunda məktəbin riyaziyyat müəlllımi Gülər Babayeva şagirdlərə riyaziyyat fənnini əyləncəli və maraqlı şəkildə təqdim etdikləri üçün təşəkkür edib, onlara dərslərində uğurlar arzulayıb.


Açar sözlər: ,  ,