17.04.2019

Rəsm sərgisi keçirilib

    Siyəzən rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Narkomaniya bəşəriyyətin ən böyük bəlasıdır” mövzusunda aprelin 1-də Təhsil şöbəsi və Gənclər və İdman idarəsi tərəfindən elan edilmiş rəsm müsabiqəsi başa çatıb.

    Müsabiqənin keçirilməsində əsas məqsəd narkomaniyanın fəsadları haqqında şagirdlərdə düzgün təsəvvürlərin formalaşdırılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, habelə istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması olmuşdur. Bu müsabiqədə 40-dan çox rəssam öz əl işlərini nümayiş etdirib.

    Aprelin 16-da Gənclər Mərkəzində müsabiqəyə həsr olunan sərgidə Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov və şəhər 3 saylı tam orta məktəbin tərbiyəvi işlər üzrə direktor müavini Telman Məmmədov çıxış edərək narkomaniyanın fəsadları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

    Daha sonra müsabiqədə yer tutmuş yeniyetmə və gənc rəssamlar idarə tərəfindən fəxri fərmanlarla təltif olunublar. Münsiflər heyətinin qərarına əsasən Uşaq İncəsənət Məktəbinin şagirdi Mütəllimova Aytac I, şəhər 1 saylı tam orta məktəbin şagirdi Hüseynli Babacan II, şəhər 6 saylı məktəb-liseyin və Gil-gilçay qəsəbə tam orta məktəbin şagirdləri Müxtəsənova Ayla və Əliyeva Pərvanə III yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Ağammədov Vüsal, şəhər 3 saylı tam orta məktəbin şagirdi Ömərov Ümid, şəhər 4 saylı tam orta məktəbin şagirdi Mütəllimova Qızqayıt, şəhər 6 saylı məktəb-liseyin şagirdi Allahverdiyeva Arzu, Zarat kənd tam orta məktəbin şagirdi Rüstəmova Amanə və Uşaq İncəsənət Məktəbinin şagirdi Ömərova Zeyvə isə həvəsləndirici yerlərə layiq görülüblər.