02.05.2019

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat yarışı başa çatıb

    1-2 may 2019-cu il tarixlərdə Gənclər Mərkəzində Siyəzən Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında rayon birinciliyi keçirilib.

    Rayonda şahmat idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin intellektual səviyyəsinin yüksəldilməsi və stolüstü oyunlara maraqlarının artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışda 40-a yaxın yeniyetmə şahmatçı iştirak edib. 2 gün davam edən birinciliyin final oyunlarının yekun nəticəsinə əsasən oğlanlar arasında şəhər 6 saylı məktəb-liseyin şagirdi Allahverdiyev Cahid I, şəhər 2 saylı tam orta məktəbin şagirdi Paşazadə Muhamməd II, şəhər 6 saylı məktəb-liseyin şagirdi Allahverdiyev Amid III yeri, qızlar arasında isə şəhər 1 saylı tam orta məktəbin şagirdləri Ağayeva Nuray və Dadaşova Könül müvafiq olaraq I və II, şəhər 6 saylı məktəb-liseyin şagirdi Qurbanlı Məryəm III yeri tutub.

    Yarışın qalibləri sonda Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,