02.05.2019

Şəhidin 50 illik yubileyi qeyd edilib

    02 may 2019-cu tarixdə R.Abdulrəhimov adına Gil-Gilçay qəsəbə tam orta məktəbində şəhid Rasim Abdulrəhimovun 50 illik yubileyi qeyd edilib. Tədbirdə məktəbin kollektivi, İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi, qəsəbə bələdiyyəsinin sədri və şəhid ailələrinin yaxınları iştirak etmişdir.

    Tədbirin keçirilməsində məqsəd vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad etmək və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Tədbir şəhid məzarının ziyarət edilməsi, əklil və gül qoyulması ilə başlayıb. Daha sonra isə məktəb şagirdlərinin hazırladıqları flaşmob, ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi. Tədbirdə çıxış edən şəhidin atası Gülmalı Abdulrəhimov keçirilmiş tədbirə görə ailəsi adından minnətdarlığını bildirdi.

    Sonda məktəbin direktoru Samir Baxşiyevin yekun çıxışı ilə tədbir başa çatıb.


Açar sözlər: ,  ,