22.05.2019

Respulika Gününə həsr olunmuş bilik yarışı keçirilib

    22 may 2019-cu il tarixdə rayonun R.Abdulrəhimov adiına Gil-Gilçay qəsəbə tam orta məktəbində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə ıntelektual bilik yarışının final mərhəsi keçirilib. “Ölkəmizi taniyaq “ devizi altinda keçirilən bilik yarışında məktəbin VII-XI sinif şagirdləri iştirak edib.

    Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

    Sonda yarışda qalib gələn komanda və ən yaxşı iştirakçı məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.


Açar sözlər: ,  ,