03.09.2019

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

    Sentyabrın 3-də Siyəzən şəhər Mədəniyyət sarayında Şabran, Siyəzən və Xızı rayon təhsil şöbələrinin ,həmin rayonların məktəb rəhbərləri və qabaqcıl təhsil işçilərinin iştirakı ilə müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.

     Konfransda Azərbaycan Respublikası Təhsil Nazirinin aparat rəhbəri Muxtar Məmmədov iştirak edib.

     Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu öndərin abidəsini ziyarət etmiş, abidə önündə gül-çiçək dəstələri qoyulmuşdur.Daha sonra tədbir şəhər Mədəniyyət sarayında davam etdirilib.

     Şabran RTŞ-nin müdiri Emin Mövsümov, Siyəzən RTŞ-nin müdiri Rəfayil Hacıyev, Xızı RTŞ-nin müdiri Oktay Abdullayev  2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

    Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək məruzələrə öz münasibətini bildirmiş, təhsil sahəsində həyata keçirilən islahatlardan danışmış və nəzərdə tutulan hədəflər haqqında konfrans iştirakçılarını məlumatlandırlıb.

    Yekunda iştirakçılar tərəfindən verilən təkliflər qeydə alınmış, suallar cavablandırılıb.


Açar sözlər: ,  ,