11.12.2019

İnşa müsabiqəsi keçirilib

    Dekabrın 10-da Gənclər Mərkəzində Siyəzən Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

     “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.1 yarımbəndinin icrasının təmin edilməsi məqsədi daşıyan müsabiqədə 40-dan çox şagird tərəfindən inşa-yazı təqdim olunub. Müsabiqə iştirakçıları Ümummilli lider Heydər Əliyev haqqındaki bilik və düşüncələrini, onun doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərini qələmə alıblar.

     Tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla olunub. Daha sonra Heydər Əliyevin həyat və dövlət xadimi kimi fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verilib. Çıxışlardan sonra müsabiqədə fərqlənmiş inşa yazılar oxunub və yer tutan şagirdlərin adları elan olunaraq fəxri fərmanlarla təltif ediliblər.

     Müsabiqənin nəticəsinə əsasən şəhər 2 saylı tam orta məktəbin şagirdi Orucova Aynur I yer, şəhər 3 saylı Abdulkərimova Xədicə II yer, şəhər 1 saylı tam orta məktəbin və 6 saylı məktəb-liseyin şagirdləri Qurbanova Sənubər və Əliyeva Zərinə III yer, şəhər 1 saylı tam orta məktəbin şagirdi İsayeva Şəbnəm, şəhər 2 saylı tam orta məktəbin şagirdi Cəfərova Zərifə, şəhər 4 saylı tam orta məktəbin şagirdi Həmzəyeva Güllü, şəhər 5 saylı tam orta məktəbin şagirdi Xudaverdiyeva Səkinə, şəhər 6 saylı məktəb-liseyin şagirdi Hüseynquliyeva Röya və Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Binyətova Samirə həvəsləndirici yerlərə layiq görülüblər.

    Tədbirin sonunda “Heydər Əliyev – Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub


Açar sözlər: ,  ,