13.12.2019

Təqdimat keçirilib

   Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Siyəzən şəhər M.Müşfiq adına adina 2 saylı tam orta məktəbin fizika müəllimi Fəridə Ağayevanin “Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması” layihəsinin çərçivəsində hazırladığı vəsaitin təqdimatı keçirilib.

    Siyəzən Rayon Gənclər Mərkəzində  keçirilən təqdimatda  RTŞ-nin əməkdaşları,rayon ziyalilar, məktəb direktorları və müəllimlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Pərvin Ağasıyev  öz çıxışında bildirib ki, artıq üçüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən bu müsabiqə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində qalib olan 53 ümumi təhsil müəssisəsi və 115 fərdi kateqoriya üzrə seçilən layihələr ölkəmizin 50-ə yaxın rayon və şəhərində icra olunmaqdadır. Respublikamızın orta ümumtəhsil məktəblərinin şagirdlərinin nailiyyətlərini qiymətləndirmək məqsədilə summativ qiymətləndirmələr aparılır. Aparılan kiçik və böyük summativ qiymətləndirmələr orta məktəbdə şagird nəaliyyətlərinin qiymətləndirilməsi üçün olduqca zəruridir. 29 dekabr 2018-ci ildən isə məktəbdaxili qiymətləndirmə yeni mərhələyə keçid etmişdir. Yeni qiymətləndirmə zamanı lazım olan summativ qiymətləndirmə nümunələrinin azlığı orta məktəb müəllimləri üçün müəyyən çətinliklər yaradır. Layihə çərçivəsində Fəridə müəllimin hazırladığı vəsaitdə, 6-9-cu siniflər üçün fizika fənni üzrə Təhsil Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün təhsil proqramı (kurikulumu) əsasında bir neçə variant üzrə kiçik və böyük summativ nümunələri öz əksini tapıb.

Təqdimatda rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova , rayon ziyalısı Zəfər Əliyev, rayon Təhsil şöbəsinin metodkabinet müdiri  Cəfər Bağırov, yazıçı publisist Aydın Tağıyev,Siyəzən şəhər 2 saylı  məktəbin direktoru Rəşad Rəhmanov, Siyəzən şəhər 3 saylı tam orta məktəbin müəllimi İlhamə Sultanova, Şabran şəhər 3 saylı məktəbin biologiya müəllimi Gülnar Sultanova, Siyəzən şəhər 5 saylı tam orta məktəbin müəllimi Səlminaz Əliyeva, kitabın eksperti Aqşin İbrahimxəlilov çıxış edərək vəsaitin müəllimlər üçün bir resurs olacağını qeyd ediblər.

             Daha sonra layihə qalibi Fəridə Ağayevanın çıxış edərək layihə çərçivəsində görülən işlər barədə danışaraq qeyd edib ki ,bu vəsaitin  təkcə Siyəzən  müəllimləri deyil, digər region və paytaxt müəllimlərinin də bundan istifadə edə biləcəyini vurğulayıb.         

    Sonda tədbirdə iştirak edən fizika müəllimlərinə vəsaitlər paylanıb.


Açar sözlər: ,  ,