25.02.2020

Maarifləndirici tədbir keçirilib

    Siyəzən Rayon Təhsil Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin birgə təşkilatçılığı ilə 25 fevral 2020-ci il tarxində Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbində “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

    Tədbirdə Siyəzən Rayon Polis şöbəsinin DYP bölməsinin əməkdaşları, Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndələri və məktəb rəhbərliyi iştirak edib.Tədbirin məqsədi şagirdləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaqdan ibarət olub. Tədbir zamanı ilk olaraq Dövlət Yol Polisinin əməkdaşları şagirdlərə yol hərəkəti qaydalarını izah etmişdir. Bununla yanaşı piyadalarla bağlı baş vermiş qəzaların statistik gösərəriciləri haqqında da məlumat verilib. Şagirdlər məlumatlandırıldqdan sonra onların iştirakı ilə öyərdilən nəzəri məlumatların praktiki olaraq tətbiqi üçün rollu oyun təşkil olunmuşdur. Belə ki, şagirdlərdən bəziləri DYP –nin əməkdaşları rolunda çıxış edərək digər şagirdlərin əvvəlcədən hazırlanmış və şərti işarələrlə təmin olunmuş piyada keçdikdə düzgün hərəkət qaydalarına nəzarəti həyata keçirib.

    Qeyd edilən tədbir Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin şagirdlərinin əksəriyyəti məktəbə gedərkən rayon daxilindən keçən mərkəzi yoldakı piyada keçidlərindən istifadə etdiyi üçün şagirdlərin təhlükəsizliyinin təminatı baxımından böyük əhəmiyyət kəsb edib. Bu məzmunda tədbirlərin digər məktəblərdə də təşkili nəzərədə tutulub.


Açar sözlər: ,  ,