16.05.2020

Qayğı ğöstərilib

    Ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə, cənab Prezidentin çağırışlarına dəstək olaraq, Siyəzən Rayon Təhsil Şöbəsi də bu təşəbbüsə qoşulub.

    Siyəzən RTŞ-nin təşəbbüsü ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Siyəzən rayon komitəsi tərəfindən 12 may 2020-ci il tarixdə Xüsusi karantin dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə rayonun ümumtəhsil məktəblərində çalışan 69 aztəminatlı ailəyə baş çəkmiş və onlara ərzaq yardımı göstərilib.

     Göstərilən köməyə və onlara edilən qayğıya görə vətəndaşlar öz minnətdarlıqlarını bildirərək bu çətin məqamda onların da üzərlərinə düşən vəzifələri dövlətimizin tələb etdiyi formada yerinə yetirəcəklərini bildiriblər və bu qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Açar sözlər: ,  ,