Hacıyev Rəfail Məmmədrza oğlu

Müdir

 

Hacıyev Rəfail Məmmədrza oğlu 19 oktyabr 1953-cü ildə Abşeron rayonunun (indiki Xızı) Xələnc kəndində ziyalı ailəsində anadan olmuşdur.

Hacıyev Rəfail  1970-ci ildə  Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbində orta təhsili müvəffəqiyyətlə başa vurmuşdur. O, hərbi xidmətdən sonra V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun    kimya fakultəsinə daxil olmuş, 1979-cu ildə “Kimya müəllimi” ixtisası almışdır. Həmin ildə Dəvəçi rayonunun Yenikənd kənd orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Savadlı müəllim və fəal ictimaiyyətçi olan Rəfail Hacıyev 12 may 1992-ci il tarixində Siyəzən rayon İcra Hakimiyyəti başçısının köməkçisi təyin olunmuşdur. 01 oktyabr 1995-ci il tarixində N.Əsədov adına Siyəzən şəhər 4 saylı tam orta məktəbinə  direktor vəzifəsinə təyin edilmişdir.

Öz sənətini dərindən sevən Rəfail Hacıyev məktəbdə gənclərin təlim-tərbiyəsi sahəsində böyük uğurlar əldə  etmiş və vəzifəsində irəli çəkilərək 10 dekabr 2001-ci ildən Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin  edilmişdir. Rayon Təhsil Şöbəsinə rəhbəlik etdiyi dövrdə rayonun təhsili daha da inkişaf etmiş, mütamadi olaraq Şimal Zonasında ən yüksək təhsil nəticələri əldə edilmişdir.