1992-ci ildə rayonun digər təşkilatları ilə yanaşı Siyənən Rayon Xalq Təhsil  Şöbəsi yaradılmışdır. Ötən dövrdən hal-hazıra kimi rayonda təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərin sayı 25-ə çatmışdır. 2015-2016-cı dərs ilində rayonun məktəblərində 352 sinif komplektində 5890 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 757 nəfər müəllim məşğul olur.

Təhsil Şöbəsinin nəzdində 2 məktəbdənkənar müəssisə və 6 uşaq bağçası fəaliyyət göstərir.