05.06.2021

Buraxılış imtahanlarının nəticələri

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2 iyun 2021-ci il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Nəticələrə əsasən Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin şagirdi Niftəliyev Eltac rayon üzrə ən yüksək-282 bal toplamışdır. Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin şagirdi Səbinə Qədəşova 280 bal toplayaraq, yüksək nəticə əldə edən şagirdlər arasında II olmuşdur. Ümumi  olaraq rayon üzrə 12 şagird 250-dən yuxarı bal toplamışdır.

Şagirdimizə uğurlarının davamını diləyir, onların müəllimlərini və valideynlərini təbrik edirik.


Açar sözlər: ,