07.06.2021

Şagirdimiz RFO-nun gümüş medalçısı olub

Kimya, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.

 

Nəticələrə əsasən Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin şagirdi Elnur Bədəlov kimya fənni üzrə, respublika II olaraq, gümüş medal mükafatçısı olub. Bu uğurun qazanılmasında şagirdimizlə yanaşı, məktəbin əməkdar kimya müəllimi Yusif Yusifovun böyük əziyyəti olub. Elnuru, onun valideynlərini və Yusif müəllimi təbrik edirik!

 

Qaliblərin siyahısı və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.

 

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.