14.06.2021

"Son zəng" qeyd olunub

Bu gün Siyəzən rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Siyəzən rayon ümumtəhsil məktəblərinin XI siniflərini 422 nəfər şagird bitirir. Onlardan 183 nəfəri qız, 239 nəfəri oğlandır.

 

2020-2021-ci tədris ilində rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 39 məktəbəhazırlıq qrupunu 573 nəfər uşaq başa vurub.

 

2021-2022-ci tədris ilində rayon üzrə 700-ə yaxın uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

 

Məzunlarımızı təbrik edirik!


Açar sözlər: ,  ,