25.04.2022

Yeniyetmələr arasında futbol üzrə rayon birinciliyinə start verilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə rayon birinciliyinə start verilib.

Siyəzən Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhər stadionunda keçirilən yarışda şəhər və kənd tam orta məktəblərinin 13 komandası mübarizə aparacaq. Birinciliyin keçirilməsində məqsəd Ümummilli liderin xatirəsinin yad edilməsi, eyni zamanda sağlam həyat tərzinin təbliği və yeniyetmələrin futbola olan maraqlarının artırılmasıdır. Yarışa mayın 10-da yekun vurulacaqdır.


Açar sözlər: ,