28.04.2022

Şagirdimiz "Ən yaxşı təqdimat " müsabiqəsində III dərəcəli diploma layiq görülüb.

Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Kərəmova Aynur Ədalət qızı Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilmiş "Ən yaxşı təqdimat " müsabiqəsində III dərəcəli diploma layiq görülüb. 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdən ibarətdir.


Açar sözlər: ,