29.04.2022

X-XI sinif şagirdləri arasında Xəmsə Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib

Aprelin 28-də Gənclər Mərkəzində Siyəzən Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında Xəmsə Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib. Tədbirin açılış mərasimində Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, və Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Ağayeva çıxış edərək komandalara uğurlar arzulayıblar. Gənclərin intellektual səviyyəsinin və dünyagörüşünün artırılması, intellektual oyunların məktəblilər arasında təbliği, istedadlı gənclərin üzə çıxarılması, eləcə də intellektual oyunların keçirilməsində yeni üsulların tətbiq edilməsi məqsədi daşıyan yarışda rayon tam orta məktəblərinin 8 komandası mübarizə aparıb. Qrup və final oyunlarının nəticəsinə əsasən şəhər 2 saylı tam orta məktəbin “Müşfiq” komandası 4999 xalla birinci, şəhər 1 saylı tam orta məktəbin “SpaceX” komandası 2100 xalla ikinci, şəhər 3 saylı tam orta məktəbin “Zirvə” komandası isə 1750 xalla üçüncü yeri tutub.

Yarışın qaliblərinə təşkilatçılar tərəfindən kubok və fəxri fərmanlar təqdim edilib.


Açar sözlər: ,  ,